Əl Husi: Eylat limanı tamamilə bağlanıb

Əl Husi: Eylat limanı tamamilə bağlanıb

    Yəmən Ənsarullah hərəkatının lideri ölkə ordusunun raket və pilotsuz təyyarə əməliyyatları nəticəsində Eylat limanının tamamilə bağlanmasına səbəb olduğunu və İsrail rejiminin problemlər yaşadığından xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdül Məlik Əl Husi dünən axşam (25 aprel) həftəlik brifinqində deyib: ABŞ işğalçı rejimin bütün cinayətlərində şərikdir və bu rejimi tammənalı surətdə müdafiə edir.

Əl Məsirə telekanalının verdiyi məlumata görə, Əl Husi ABŞ universitetlərində Qəzzəyə dəstək aksiyasının zorakılıqla dağıdılmasına reaksiya verərək deyib: Demokratiya və qanuni dəyərlərə ehtiram iddiaçısı Amerika İsrailə dayaq olduğu bir halda özü ölkəsindəki ifadə azadlığı və demokratiyanı açıq-aşkar pozur. Həmçinin bu ölkə tələbələri aksiyalarda iştiraka görə universitetlərdən qovulma və həbs cəzası ilə təhdid edilir.

Seyid Əbdülməlik Əl Husi  həmçinin Qəzza döyüşçülərinin müqavimətini də yüksək qiymətləndirərək Hizbullah əməliyyatlarının da dəqiq və məqsədyönlü şəkildə həyata keçirildiyi, müqavimət qruplarının işğalçı rejimi kölgədə qoyduğunu, yüz minlərlə sionistin Fələstinin şimalında yaşamaqda çətinlik çəkdiyini də qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + two =