Həmas: Rəfaha hücum İsrail üçün siyasi münaqişəyə çevrilib

Həmas: Rəfaha hücum İsrail üçün siyasi münaqişəyə çevrilib

Həmas hərəkatının liderii  sionist rejim üçün Rəfəh əməliyyatının hərbi hərəkatdan daha çox daxili siyasi münaqişəyə çevrildiyini deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Üsamə Həmdan dünən axşam (25 aprel) etdiyi çıxışda deyib ki, Qəzzada müharibəni dayandırmaq üçün birgə bəyanatlar yayan ölkələrin praktiki addımlar atması gərəkdir.

Həmdan əlavə edib: Rəfah əməliyyatı sionist rejim üçün hərbi manevrdən çox daxili siyasi münaqişəyə çevrilib.

Əl Qəssam Briqadalarının HƏMAS-ın hərbi qolu olaraq qalacağından, Fələstin dövləti qurulduqdan sonra bu barədə qərar veriləcəyindən xəbər verən Üsamə Həmdan qeyd edib: Biz fələstinlilərin azadlığı və müstəqil Fələstin dövlətinin qurulması layihəsi istiqamətində hərəkət edirik. Elə bu səbəbdən də Fələstin müqavimət qrupları ilə müharibənin dayandırılması qaydasına əsaslanan fövqəladə hökumət qurmaq planını irəli sürürük.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 4 =