Qəzzada vəziyyət Cənubi Afrikadakı aparteid dövründən daha pisdir

Qəzzada vəziyyət Cənubi Afrikadakı aparteid dövründən daha pisdir

Cənubi Afrikanın xarici işlər naziri Qəzzadakı vəziyyəti Cənubi Afrikadakı aparteid dövründən daha da pis olduğunu deyib.

Mehr xəbər agentliyinin Sputnik-ə istinadən verdiyi məlumata görə, Naldi Pandur Qəzza zolağında Fələstin xalqının üzləşdiyi vəziyyətin Cənubi Afrika xalqının aparteid dövründəkindən daha acınacaqlı olduğunu bildirib.

Məlumata görə, Qəzzada yardım qrupları və yardım paylayıcılarının bombalanması nəticəsində ən azı 8 nəfər şəhid olub. Əl-Cəzirə müxbiri İsrail ordusunun Qəzzanın qərbindəki Tel Əl Həva məhəlləsində humanitar yardım paylayan qrupların hədəfə aldığını və bu zaman 8 nəfərin şəhid olduğunu deyib.

Qeyd edək ki, Həmas bir neçə saat əvvəl bir bəyanat yayaraq elan edib: Xan Yunisin Nasir xəstəxanasında kütləvi məzarlıqlarda dəfn edilən şəhidlərin cəsədlərini tapmağa çalışan tibb qrupları BMT və digər qurumlardan bu işdə xüsusi yardıma ehtiyaclarının olduqlarını elan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =