HƏMAS: Konkret formulla razılaşma hasil oldu
HƏMAS hərəkatının yüksək rütbəli rəsmilərindən biri Qahirədə danışıqların başa çatdığını elan etdikdən sonra vasitəçilər tərəfindən təqdim edilən formul əsasında konkret razılıq hasil olunduğunu deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Üsamə Həmdan dünən (5 may) deyib: İsrail rejimi əsirlərin mübadiləsi məsələsinə diqqət yetirməyə çalışdı və qaldırdığımız məqamlara cavab vermədi.
Həmdan əlavə edib: Qahirədə Həmas nümayəndə heyətinin bütün fikirləri araşdırdı və biz millətimizin mənafeyinə nail olmaq üçün aydın və konkret cavablar verdik.
Danışıqlarda irəliləyişin olduğunu qeyd edən Üsamə Həmdan Həmas heyətinin bu hərəkatın rəhbərliyi ilə məsləhətləşmək üçün Qahirəni tərk edəcəyini vurğulayaraq deyib: Vasitəçilərin təqdim etdiyi konkret razılaşma formuluna nail olduq və müqavimət rəhbərliyinin buna cavabını gözləyirik.