HƏMAS: Konkret formulla razılaşma hasil oldu

HƏMAS:  Konkret formulla razılaşma hasil oldu

HƏMAS hərəkatının yüksək rütbəli rəsmilərindən biri Qahirədə danışıqların başa çatdığını elan etdikdən sonra vasitəçilər tərəfindən təqdim edilən formul əsasında konkret razılıq  hasil olunduğunu deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Üsamə Həmdan dünən (5 may) deyib: İsrail rejimi əsirlərin mübadiləsi məsələsinə diqqət yetirməyə çalışdı və qaldırdığımız məqamlara cavab vermədi.

Həmdan əlavə edib: Qahirədə Həmas nümayəndə heyətinin bütün fikirləri araşdırdı və biz millətimizin mənafeyinə nail olmaq üçün aydın və konkret cavablar verdik.

Danışıqlarda irəliləyişin olduğunu qeyd edən Üsamə Həmdan  Həmas heyətinin bu hərəkatın rəhbərliyi ilə məsləhətləşmək üçün Qahirəni tərk edəcəyini vurğulayaraq deyib: Vasitəçilərin təqdim etdiyi konkret razılaşma formuluna nail olduq və müqavimət rəhbərliyinin buna cavabını gözləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =