HƏMAS-ın yüksək rütbəli üzvü: Şəhid Süleymani müqavimətin qələbəsinə və sionist rejimin məhvinə inanırdı

HƏMAS-ın yüksək rütbəli üzvü: Şəhid Süleymani müqavimətin qələbəsinə və sionist rejimin məhvinə inanırdı

HƏMAS-ın siyasi bürosunun üzvü Şəhid Süleymaninin Fələstini dəstəkləməkdəki mühüm roluna toxunaraq, bu şəhidin müqavimətə dəstəyini heç vaxt dayandırmadığını bildirib.

HƏMAS-ın siyasi bürosunun üzvü Mahmud əz-Zəhar Hacı Qasım Süleymaninin şəhadətinin ikinci ildönümü münasibəti ilə deyib: Şəhid komandir Fələstin idealına dəstəkdə böyük rol oynayıb.

Şahab xəbər agentliyinin məlumatına görə, o, əlavə edib: Şəhid Süleymani müqavimətin qələbə çalacağına və işğalçı sionist rejimin məhvinə inanırdı.

Əl-Zahar vurğulayıb ki, Şəhid Süleymani müsəlman torpaqlarının sərhədləri olmadığına inanırdı və o, müqavimətə dəstəyini heç vaxt dayandırmadı.

Həmas üzvü bildirib ki, müqavimət döyüşçülərinin qəlbindəki iradə daha yüksək və işğalçı silahdan daha güclüdür.

Bununla əlaqədar Qəzzə zolağındakı fələstinlilər bölgənin müxtəlif meydan və ərazilərində şəhid Hacı Qasım Süleymaninin şəkillərini quraşdırıblar.

Fələstin İslami Cihad Hərəkatı Siyasi bürosunun üzvü Yusif əl-Həsayinə: “Hacı Qasimin şəkillərinin Qəzzənin əsas bölgələrində quraşdırılması müqavimət və Fələstin xalqının Qüds və Fələstin uğrunda həyatını qurban vermiş birinə sədaqət mesajıdır.” – deyə, Livanın Əl-Ahd saytına bildirib.

O əlavə edib ki, Fələstində və regionda müqavimət keyfiyyətcə inkişafa şahidlik edir və bütün bunlar Allahın lütfü və İran İslam Respublikası, şəhid Süleymaninin səy və dəstəyi, həmçinin, müqavimətin digər hərbi qolları olan “Sərayal-Qüds”, “Əl-Qəssam”ın qəhrəmanları sayəsində mümkün olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + eight =