Tel-Əviv Hizbullahın Rizvan bölməsinin döyüşçülərindən dəhşətə gəlir

Tel-Əviv Hizbullahın Rizvan bölməsinin döyüşçülərindən dəhşətə gəlir

Bir sionist qəzet Hizbullahın “Rizvan” bölməsinin döyüşçülərinin yüksək məharəti barədə məlumat verib və yazıb ki, bu insanlar Suriyada uzun illər davam edən döyüşlərdən sonra öz əməliyyat imkanlarını artırıb və gələcək ehtimali müharibədə ön sıralarda olacaqlar.

Sionist “Jerusalem Post” qəzeti xəbərində yazıb ki, şimal sərhədlərində (Livan və işğal altındakı Fələstin sərhədi) “siçan və pişik” oyunu Hizbullah və onun Suriyada illərdir fəallaşan xüsusi bölməsinin təhdidlərinin artmasına baxmayaraq bitməlidir.

Hesabatda daha sonra vurğulanır ki, şimal sərhədləri üçün əsl təhlükə Hizbullah şəhidi və “Hacı Rizvan” kimi tanınan hərbi komandiri “İmad Muğniyə”nin adını daşıyan Hizbullahın xüsusi təyinatlıları bölməsi “Rizvan” birliyidir.

İmad Muğniyə 2008-ci ildə Dəməşqdə İsrailin başçılıq etdiyi əməliyyat zamanı öldürülüb.

Jerusalem Post qəzeti Rizvan bölməsi döyüşçülərinin hücumun həyata keçirilməsində yüksək məharətinə toxunaraq yazıb ki, Rizvan bölməsinin üzvləri Hizbullahın İsrailə qarşı istənilən hücumunda ön sıralarda olacaqlar və işğal olunmuş Fələstinlə sərhəddə yerləşən sionist şəhərlərə raket dalğası ilə birgə  sızacaqlar.

Qəzet “Rezvan” bölməsinin üzvlərinin illərdir Suriyada döyüşdüyünü və geniş əməliyyat təcrübəsinə malik olduğunu və onların əksəriyyətinin hazırda Livanın cənubuna qayıtdığını vurğulayıb.

Hizbullah bir neçə ay əvvəl İsrail hədəflərini atəşə tutan Rizvan bölməsinin döyüşçülərinin döyüş bacarıqlarını əks etdirən video yayımlayıb.

 “Jerusalem Post” əlavə edib ki, sızma əməliyyatı “Rizvan” bölməsinin üzvlərinə İsrail qüvvələrinin mövqeləri və hər hansı hadisəyə nə vaxt cavab verməsi barədə daha çox məlumat əldə etməyə imkan verir. Lakin 1980-ci illərdən bəri mövcud olan əsas hasarın vəziyyəti bərpa əməliyyatlarına baxmayaraq pisləşib və İsrail ordusunun zabitləri bu hasarın Hizbullah xüsusi təyinatlılarının içəri girməsinə mane olmadığını etiraf edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − four =