ABŞ əvvəlcədən Rusiyaya məhz “Crocus”un hədəf ola biləcəyini deyib
ABŞ Rusiya Federasiyasına terror hücumundan iki həftədən də əvvəl məhz “Crocus City Hall”un hədəfə çevrilə biləcəyi barədə məlumat verib.
Bu iddia ilə ABŞ-nin “The Washington Post” nəşri çıxış edib.
Mətbuat orqanı bu məlumatı ABŞ administrasiyasındakı adını açıqlamadığı rəsmilərə istinadən yayıb.