Ordu: Fələstin məsələsinin yeganə həll yolu sionist rejim məhv edilənə qədər mübarizə aparmaqdır

Ordu: Fələstin məsələsinin yeganə həll yolu sionist rejim məhv edilənə qədər mübarizə aparmaqdır

İran İslam Respublikası Ordusu Beynəlxalq Qüds Günü münasibətilə yaydığı bəyanatda Fələstin məsələsinin yeganə həll yolunun sionist rejimin məhv edilməsinə qədər müqavimət göstərmək və mübarizə aparmaq olduğunu bildirib.

Ordunun Beynəlxalq Qüds Günü ilə bağlı bəyanatının bir hissəsində bildirilir: “Məzlum Fələstin xalqına qarşı 75 illik zülm, zorakılıq, terror və təcavüzün davam etməsi, insan haqlarını iddia edən hökumətlərin biabırçı susqunluğu ilə məscidlərə, kilsələrə, məktəblərə, xəstəxanalara və diplomatik yerlərə hücumlar, qəsbkar sionist rejimin heç bir insani, əxlaqi və hüquqi prinsiplərə əməl etmədiyini göstərir. Ona görə də Fələstin məsələsinin yeganə həlli bu rejim məhv edilənə qədər müqavimət göstərmək və mübarizə aparmaqdır.”

Ordunun bəyanatının davamında vurğulanıb: “Şübhəsiz ki, indiki mərhələdə sionist rejimin cinayət və təcavüzlərinin artması bu qəsbkar rejimin daxili və xarici böhranları ilə bağlıdır və o rejimin eybəcər simasını dünyaya göstərməklə yanaşı, sionist düşmənin məhv və süqutunun sürətləndiyini vəd edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − thirteen =