ABŞ 101 Belarus rəsmisi və onlarla əlaqəli şəxslərə viza məhdudiyyəti qoyub

ABŞ 101 Belarus rəsmisi və onlarla əlaqəli şəxslərə viza məhdudiyyəti qoyub

ABŞ Belarusun daha 101 dövlət məmuruna və onlarla əlaqəli şəxslərə viza məhdudiyyəti tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, bu qərar Belarusda demokratik institutların sarsıdılması və ya zədələnməsi səbəbindən qəbul edilib.

Sanksiya tətbiq edilən şəxslər arasında bir neçə hakim, o cümlədən, Belarus Dövlət Nəzarəti Komitəsinin Maliyyə Təhqiqat Departamentinin rəhbərliyinin dörd nümayəndəsi, belaruslu iş adamı Aleksey Oleksinin ailə üzvləri də var.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 4 =