ABŞ bazasına raket atıldı
Suriyanın Hasekə vilayətində yerləşən ABŞ-ın “Şəddadi” hərbi bazasına raket hücumu olub.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, raketlər bazanın ətrafına düşüb.
Hücumda ölən, yaxud xəsarət alanların olub-olmadığı məlum deyil.
ABŞ tərəfi olayla bağlı hələ ki, açıqlama verməyib.