ABŞ Cənubi Koreyadan Ukraynaya hərbi yardım göstərməsini xahiş edib

ABŞ Cənubi Koreyadan Ukraynaya hərbi yardım göstərməsini xahiş edib

Cənubi Koreya ABŞ-nin müraciəti əsasında Ukraynaya hərbi yardımları davam etdirəcək.

Bu barədə Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik Pentaqon rəhbəri Lloyd Ostinlə danışıqların yekunlarına dair brifinq zamanı deyib.

Nazirin sözlərinə görə, ölkəsi Ukraynaya maddi, hərbi, həmçinin humanitar yardım göstərib. ABŞ hökuməti Cənubi Koreyadan Ukraynaya əlavə yardım göstərməyi xahiş edib və buna cavab olaraq bildirilib ki, Ukraynaya bundan sonra da yardım göstəriləcək:

“Cənubi Koreya Ukraynaya humanitar və maliyyə yardımı ilə yanaşı, hərbi ləvazimatlar da göndərib. Hərbi ləvazimatlar mina detektorları və zirehli gödəkçələrdən ibarət olub”.

Qeyd edək ki, bu gün ABŞ və Cənubi Koreya arasında təhlükəsizlik məsələləri üzrə illik ikitərəfli görüş keçirilib və tərəflər, 2013-cü ildən indiyə qədər ilk dəfə olaraq, Şimali Koreyanın nüvə və raket proqramlarının inkişafı ilə bağlı yenilənmiş strateji sənəd imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =