ABŞ-də silah vergiləri ikiqat artıb

ABŞ-də silah vergiləri ikiqat artıb

ABŞ-ın Kaliforniya ştatında silah və sursat vergiləri ikiqat artırılıb.

APA xarici KİV-lərə istinadla xəbər verir ki, məqsəd silah zorakılığının qarşısının alınması və dövlət məktəblərində təhlükəsizliyi artırmaqdan ibarətdir.

Bu gün Kaliforniya qubernatoru Gavin Newsom tərəfindən imzalanan qanun federal vergi dərəcəsi ilə dövlət vergisini də tətbiq edir. ABŞ-da silahın növündən asılı olaraq, silah və sursat satışına təxminən 10-11 faiz federal vergi tətbiq edilir.

Kaliforniya ştatı digər ştatlarla müqayisədə silah zorakılığı ilə bağlı ölümlər siyahısında sonuncu yerdədir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin 2021-ci il hesabatına görə, Kaliforniya ştatı silah zorakılığı nəticəsində ölüm hallarına görə 50 ştat arasında 43-cü yerdədir, hər 100 min nəfərə 9 ölüm.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − one =