ABŞ-də universitetdə atışma olub, bir nəfər ölüb
ABŞ-nin Şimali Karolina ştatının Çapel Hill şəhərindəki universitetin əməkdaşı kampusda atışma nəticəsində həlak olub.
“Report” xəbər verir ki, bu barədə CNN polis sözçüsü Brayan Ceymsə istinadən məlumat yayıb.
Bir neçə dəfə atəş açan şəxs saxlanılıb. Hüquq-mühafizə orqanları mərhumun və saxlanılan şəxsin adlarını açıqlamayıb.
Təxliyə zamanı bir neçə tələbə universitet binalarından birinin pəncərəsindən atılıb.
Ümumilikdə, bu ilin birinci yarısında ABŞ-də 421 kütləvi atışma olub, onlardan 28-i qətliam kimi təsnif edilib. Odlu silahlara sahib olmaq hüququ ABŞ Konstitusiyasına ikinci düzəlişlə tənzimlənir.
Report.az