ABŞ-də xlor turşusu olan vaqon partlayıb

ABŞ-də xlor turşusu olan vaqon partlayıb

ABŞ-nin Nebarsk ştatında içərisində xlor turşusu olan vaqon partlayıb.

“Report” ABC-yə istinadən xəbər verir ki, məlumatı Nort-Platt rayonunun yanğınsöndürmə xidməti yayıb.

Bildirilib ki, yerli hakimiyyət ərazidəki sakinləri təxliyə edib.

Məlumata görə, vaqonda partlayıcı maddələr, müxtəlif qida məhsulları və dərman preparatlarının hazırlanmasında istifadə olunan xlor turşusu olub. Partlayışın səbəbi hələ ki məlum deyil. İnformasiyaya əsasən, qəza nəticəsində xəsarət alan və ölən olmayıb, qatar relsdən çıxmayıb.

Hadisə nəticəsində əmələ gələn yanğın söndürülüb. Xilasedicilər vəziyyətə nəzarət edirlər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + eighteen =