ABŞ-də ziyafətdə atışma: Ölənlər və yaralılar var

ABŞ-də ziyafətdə atışma: Ölənlər və yaralılar var

ABŞ-nin Texas ştatının Amarillo şəhərində ziyafətdə baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

Bu barədə APA CNN-ə istinadən xəbər verir.

Yerli polis bildirib ki, atışma bazar günü yerli vaxtla səhər saat 1-ə yaxın keçirilən şənlik zamanı başlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, orada olanlardan bəziləri arasında dava düşüb və kimsə atəş açmağa başlayıb.

Bir nəfər hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib. Qalan beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − one =