ABŞ-dən olan nümayəndə: Müsəlmanlar davamlı şəkildə qərb ölkələrində təqib edilir

ABŞ-dən olan nümayəndə: Müsəlmanlar davamlı şəkildə qərb ölkələrində təqib edilir

Müsəlman tələbələri qərbdə təhlükəsizlik baxımından narahatdırlar.

Bunu ABŞ-dən olan nümayəndə, Ailə və Gənclər İnstitutunun İcraçı direktoru Samirə Əhməd Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.

O, gənclərin cəmiyyətdən uzaq düşməsi halından danışıb:

“Müsəlmanlar davamlı şəkildə qərb ölkələrində təqib edilir. Həmin gənclərə universitet tərəfindən edilən baxış da, təəssüf ki, təhlükə saçır. Bu da həmin gəncləri cəmiyyətdən təcrid edir”.

Direktor bu kimi hallardan təkcə həmin müsəlman gənclərin deyil, bütövlükdə cəmiyyətin əziyyət çəkdiyini deyib:

“Nəticədə, tələbələr kollecləri, universitetləri yarımçıq tərk etmək məcburiyyətində qalırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + three =