ABŞ-da əməliyyat: Baydeni təhdid edən şəxs öldürüldü

ABŞ-da əməliyyat: Baydeni təhdid edən şəxs öldürüldü

Publika.az xəbər verir ki, Kreyq Deliyu Robertson adlı şəxsin Yuta ştatının Solt Leyk Siti şəhərindəki evində həbs etməyə çalışıblar. Bu zaman yaranan qarşıdurma zamanı onun öldürüldüyü bildirilib. Məhkəmə qeydlərində şəxsin Prezident Baydeni, keçmiş ABŞ Prezidenti Donald Trampı mühakimə edən Nyu-York dairəsinin prokuroru Alvin Braqq və Nyu-Yorkun baş prokuroru Letitia Ceymsi hədələdiyi məlum olub.

Yuta ştatının ABŞ Dairə Məhkəməsinə təqdim edilən sənəddə Robertsonun “Facebook” hesabında paylaşdığı “Bir və ya iki prezidentə sui-qəsd üçün doğru vaxtdır. Əvvəlcə Co, sonra Kamala!!” ifadəsi yer alıb.

Sənəddə həmçinin Robertsonun 70-75 yaş aralığında olduğu və “AR-15” tipli yarı avtomatik tüfəng daşıdığı da yer alıb. Mövzu ilə bağlı Baydenə FTB tərəfindən məlumat verildiyi bildirilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =