ABŞ-da afroamerikalı Breonna Teylor etirazları şiddətləndi

ABŞ-da afroamerikalı Breonna Teylor etirazları şiddətləndi

ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində 26 yaşlı afroamerikalı Breonna Teylorun öldürülməsinə görə, polislər cəzalandırılmadıqdan sonra, şəhərdə izdihamlı etirazlar başlayıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, keçirilən etiraz aksiyalarında 2 polis zabitinin vurulduğu iddia edilib. FTB-nin “SWAT” qrupunun bir polis zabitinin vurulmasından sonra işə qarışdığı qeyd olunub.

NBC News-un məlumatına görə, polisin sözçüsü yaralı polislərin Luisvill Universitet Xəstəxanasına aparıldığı barədə məlumat paylaşıb.

Bu yaxınlarda Luisvillin “Brook & Broadway” bölgəsində bir polis işçisinin vurulduğu barədə iddialar ortaya atılmışdı.

Digər tərəfdən, Luisvilldə 3 gün saat 21:00-dən 06:30 arasında komendant saatı tətbiq edilib.

Prokuror Daniel Kameron polisin Taylora qarşı güc tətbiq etməsinin ştat qanunlarına görə, qanuni olduğunu iddia etmişdi.

Bundan sonra plastik güllələrin də istifadə edildiyi genişmiqyaslı etiraz aksiyaları başladı və şəhərə Milli Qvardiya yeridildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =