ABŞ-da atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb

ABŞ-da atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb

ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində restoranın yaxınlığında baş verən atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” bu barədə CNN-ə istinadən xəbər verir.

Məlumata görə, atışma şəhərin mərkəzində, Üçüncü küçədə yerləşən “Southern Restaurant & Lounge” yaxınlığında olub.

Yaralılardan biri hadisə yerində dünyasını dəyişib. Onlardan daha biri aparıldığı xəstəxanada ölüb.

Polis hadisəni törədən şəxsi axtarır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 8 =