ABŞ-da Los Anceles Times-a Qəzzadan yazmaq qadağan edildi

ABŞ-da Los Anceles Times-a Qəzzadan yazmaq qadağan edildi

İsrailin hərəkətlərini kəskin tənqid edən açıq məktubu imzalayan ABŞ-ın “Los Anceles Tayms” qəzetinin jurnalistləri ən azı üç ay müddətinə Qəzza zolağında münaqişəni işıqlandırmaqdan kənarlaşdırılıb.

Bu barədə “Semafor” nəşri mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, noyabrın əvvəlində qəzetin 10-a yaxın jurnalisti Qəzzanın bombalanmasını və jurnalistlərin ölümünü pisləyən açıq məktub yazıb. Noyabrın 9-dan etibarən məktub bütün dünyada 1200-ə yaxın media işçisi tərəfindən imzalanıb. Jurnalistlər məktubda digər məsələlərlə yanaşı, həmkarlarını İsrailin hərəkətləri, o cümlədən “aparteid”, “etnik təmizləmə” və “soyqırım” ifadələri barədə məlumat verərkən sərt dildən istifadə etməyə çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =