ABŞ-da neft emalı zavodunda yanğın: Evakuasiyalar başladı

ABŞ-da neft emalı zavodunda yanğın: Evakuasiyalar başladı

ABŞ-ın Luiziana ştatında neft emalı zavodunda baş verən yanğından sonra bölgədən təxliyələrə başlanılıb.

Publika.az xəbər verir ki, ABŞ-ın “Marathon Petroleum” şirkətindən verilən açıqlamada şirkətin Qerivill bölgəsindəki neft emalı zavodunda baş verən yanğına müdaxilə edildiyi və bölgə əhalisinin təhlükəsizliyi üçün tədbirlər görüldüyü bildirilib. Neft şirkəti səhər saatlarında başlayan yanğının yanacaq kimi istifadə oluna bilən yanar maye olan nafta sızması nəticəsində baş verdiyini, Nyu-Orleans şəhərindən təxminən 65 kilometr aralıda yanğına müdaxilə edildiyini və yanğın zamanı xəsarət alan olmadığını, nəzarət altına alındığı açıqlayıb.

ABŞ mətbuatında bildirilib ki, yanğın baş verən ərazidən 3,5 kilometr radiusda ərazidə yaşayan bütün sakinlərin təxliyəsi məcburi olub.

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ölkənin ikinci ən böyük əməliyyat gücünə malik olan təsisdə gündə təxminən 600.000 barel neft istehsal edilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + thirteen =