ABŞ-dan İsrailə hərbi yardım aparan ikinci təyyarə yola salınıb

ABŞ-dan İsrailə hərbi yardım aparan ikinci təyyarə yola salınıb

ABŞ-dən İsrailə hərbi yardım aparan ikinci təyyarə yola salınıb.

“The Times of İsrael” nəşri yazıb: Qəzza zolağından HAMAS döyüşçüləri tərəfindən edilən hücum səbəbindən ABŞ-nin İsrailə hərbi yardımı davam edir.

Göndərilən yardıma müxtəlif silahlar, mərmilər, Dəmir Qübbə (İron Dome) taktiki raketdən müdafiə sistemi üçün raketlər və digər hərbi təyinatlı ləvazimatlar daxil olub.

Həmçinin bildirilir ki, ABŞ-nin xüsusi əməliyyat dəstələri İsrail ordusuna kəşfiyyat, döyüşlərin planlaşdırılması və girovların qaytarılması məsələlərində dəstək göstərir.

Təyyarənin bu gün Virciniya ştatının Norfolk şəhərindəki hava limanından qalxdığı qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 20 =