ABŞ-dan KRİTİK QƏRAR: ölümcül silahlar Britaniyaya göndərilir

ABŞ-dan KRİTİK QƏRAR: ölümcül silahlar Britaniyaya göndərilir

ABŞ-ın nüvə silahlarını Böyük Britaniyaya köçürmək niyyətində olduğuna dair sübutlar artır.

Publika.az xəbər verir ki, bu barədə Amerika Alimləri Federasiyası (FAS) ABŞ Hərbi Hava Qüvvələrinin 2024-cü maliyyə ili üçün büdcə layihəsinə istinadla məlumat yayıb.

Mütəxəssislərin fikrincə, Londondan təxminən 100 kilometr aralıda yerləşən Böyük Britaniyanın Lakenheath Kral Hərbi Hava Qüvvələrinin bazasında “təhlükəsiz anbar otağı” yaradılacaq. Silah anbarının yanında Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin “F-35” pilotları üçün kazarma tikilməsi də planlaşdırılır.

Alimlərin fikrincə, bu sənədlər ABŞ-ın 15 illik fasilədən sonra yenidən öz nüvə silahlarını Britaniyada yerləşdirməsi mənasına gələ bilər.

ABŞ 1952-ci ildən bəri yarım əsrdən artıqdır ki, öz nüvə silahlarını Britaniyada saxlayır. Onları 2008-ci ildə, qismən “B61” bombalarının köhnəldiyinə görə, qismən də nüvə güclərini tərksilah etmək proqramının bir hissəsi olaraq çıxardılar.

2022-ci ildə Rusiya xüsusi hərbi əməliyyata başladıqdan sonra ABŞ bu məsələyə münasibətini dəyişdi.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + ten =