ABŞ-dan Quranın yandırılması ilə bağlı diqqətçəkən şərh

ABŞ-dan Quranın yandırılması ilə bağlı diqqətçəkən şərh

Publika.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında “ABŞ bu hərəkəti pisləyirmi?” sualına cavab verib.

O, “Bəzi şeylər bu misaldakı kimi dəhşətli, lakin qanuni ola bilər” cavabını verib və hadisəni qınamayıb.

Ned Prays “ABŞ-ın bu hərəkəti pisləməsinə nə mane olur?” sualına isə boyun qaçıraraq belə cavab verib: “”Söz azadlığı, bəzən insanlara hörmətsiz və iyrənc hərəkətlər etmək hüququ verə bilər”.

“Başa düşdüyüm qədər, bu insident təxribatçının işidir, kimsə bilərəkdən iki yaxın tərəfdaşımız Türkiyə və İsveçi uzaqlaşdırmaq istəyir. İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən müzakirələrə bilərəkdən təsir göstərməyə çalışır”, – Prays bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − four =