ABŞ-dan ŞOK GEDİŞ: Baydenin müşaviri məxfi şəkildə Rusiya ilə…

ABŞ-dan ŞOK GEDİŞ: Baydenin müşaviri məxfi şəkildə Rusiya ilə…

Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumatlı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin qeyd edib ki, söhbət ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın son aylarda Rusiya lideri Vladimir Putinin köməkçisi Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konfidensial danışıqlar aparmasından gedir.

Həmçinin, Sullivan Kiyevi Moskva ilə nizamlanmaya hazır olduğuna dair açıq siqnal göndərməyə çağırıb.

“Təmasların məqsədi Ukraynada münaqişənin eskalasiyasının, o cümlədən nüvə silahından istifadə təhlükəsinin qarşısını almaqdır. Lakin Sallivanın təşəbbüsü ABŞ-ın digər yüksək rütbəli siyasətçiləri arasında dəstək tapmır”, – məqalədə deyilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + sixteen =