ABŞ-dan sülh müqaviləsi ilə bağlı növbəti açıqlama: “Ümidliyik”

ABŞ-dan sülh müqaviləsi ilə bağlı növbəti açıqlama: “Ümidliyik”

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişi bağlanacağına ümid edir.

O, qeyd edib ki, bu cür dəstəyin təzahürü normal ikitərəfli münasibətlərin qurulması istiqamətində atılan mühüm addımdır: “Ümid edirik ki, çox yaxında tərəflərin sülh razılaşması əldə etməsinin şahidi olacağıq. Hər iki tərəf bunda maraqlı olduğunu bildirib. Biz, eləcə də Aİ tərəfdaşlarımız və digər tərəflər bu işdə onlara kömək etməyə hazırıq. Biz istərdik ki, bütün bunlar mümkün qədər tez bitsin, çünki sülhün tezliklə bağlanması çox böyük fayda verəcək”.

O həmçinin Vaşinqtonun iki ölkənin xarici işlər nazirləri arasında danışıqların bir neçə raundunu keçirdiyini xatırladıb və onların yenidən görüşəcəklərini bildirib: “Biz kömək etməyə hazırıq. Biz hər iki tərəfi görüşməyə təşviq edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − five =