ABŞ: Ənsarullahın terrorçu olması barədə araşdırma aparırıq
Ağ Ev milli təhlükəsizlik şurasının mətbuat katibi Yəmən Ənsarullah Hərəkatı barədə araşdırma apardıqlarını, amma terrorçu olmaları barədə hələ qəti bir qərara gələ bilmədiklərini deyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Con Kirbi dünən axşam (19 dekabr) deyib: Bir neçə ölkədən ibarət təşkil etdiyimiz dəniz koalisiyası yəmənlilərin Qırmızı dənizdə İsrail gəmilərinə və İsrailə gedən gəmilərə maneələrindən xilas olmaq üçün təşkil edilib.
Sputnik yazır ki, Con Kirbi deyib: Bu koalisiyaya qoşulmaq könüllüdür və hər bir ölkə bu koalisiyaya daxil ola bilər.
Ağ Ev rəsmisi həmçinin deyib: Amerika və müttəfiqləri Qırmızı dənizdə üzən gəmilərin təhlükəsizliyi üçün əlindən gələni əsirgəməyəcək. Bu koalisiyaya dasil olan hər bir ölkənin gəmi və təyyarələri bizim qüvvələrimizlə koordinasiya olunacaq.