ABŞ Ermənistan ordusunun idarəetmə sistemini modernləşdirməyə hazırdır
ABŞ hökuməti Ermənistan ordusunun idarəetmə və hərbi təhsil sistemini modernləşdirməyə hazırdır.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Həmçinin qeyd olunub ki, erməni zabitlərin peşəkar səviyyədə təhsil alması da buraya daxildir.
Nazirliyin məlumatında deyildiyi kimi, bu barədə Ermənistan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryanla ABŞ-ın Avropa Komandanlığının Ştutqart şəhərindəki qərargahında Komandanlığın rəhbərinin müavini general-leytenant Stiven Başamla (Steven L. Basham) arasında keçirilmiş görüş zamanı fikir mübadiləsi aparılıb.