ABŞ generalı: “Böyük dövlətlər arasında toqquşma ehtimalı artır”
Publika.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Senatda büdcədən vəsait ayırma dinləmələri zamanı deyib.
Milli əlavə edib ki, bu gün ABŞ iki böyük güclə üzləşməlidir: Rusiya və Çin – onların hər biri “qaydalara əsaslanan dünya nizamını əsaslı şəkildə dəyişdirmək” məqsədi güdür.
ABŞ generalı Ukraynadakı hadisələrə toxunaraq, hərbi karyerasının 40 ildən çox müddətdə onları bütün dünya üçün ən böyük təhlükəsizlik təhdidi adlandırıb.
Publika.az