ABŞ generalı xəbərdarlıq etdi

ABŞ generalı xəbərdarlıq etdi

Qəzzadakı döyüşlərin uzanmasının fələstinli mülki şəxslərin yaraqlıların sıralarına qoşulmağa sövq etmə ehtimalını nəzərə alsaq, döyüşlərin tez başa çatması bunu məhdudlaşdırmağa kömək edə bilər. SİA “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin baş hərbi müşaviri, general Çarlz Q.Braun deyib.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Q.Braun bildirib ki, İsrailin Qəzzadakı əməliyyatlarda bəyan etdiyi məqsəd – ərazini idarə edən HƏMAS silahlı qruplaşmasının tamamilə məhv edilməsi “kifayət qədər böyük tapşırıqdır”.

O, İsrailin HƏMAS-ın yüksək rütbəli rəhbərliyini hədəf almağa fokuslandığını və buna daha tez nail ola biləcəyini söyləyib.

“Düşünürəm ki, bu, nə qədər uzansa, bir o qədər çətinləşə bilər”, – deyə Braun bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =