ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının məxfi sənədləri bəhreynli hakerlərin əlinə keçib

ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının məxfi sənədləri bəhreynli hakerlərin əlinə keçib

Media mənbələri bəhreynli hakerlər tərəfindən ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının məxfi və çox mühüm sənədlərinin arxivinin sındırılması barədə məlumat yayıb.

Bəhreynli hakerlər “Fəriqət-Tufan” adı altında ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə olan beşinci donanmasına qarşı haker əməliyyatı həyata keçirib.

Bu xəbərə görə, bu əməliyyat ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasına aid məxfi sənədlərin açıqlanmasına səbəb olub.

Bu haker qrupunun elanına görə, sənədlərdə Bəhreyndəki Amerika bazasının içərisinin şəkilləri və Manama yaxınlığındakı “Əl-Cəfir” bölgəsindəki Amerika bazasının müfəssəl xəritələri var.

“Fəriqət-Tufan” haker qrupu sosial şəbəkələrdə verdiyi açıqlamada bu əməliyyatın Qəzza zolağındakı Fələstin xalqına, onların cəsur müqavimətinə, həmçinin Fələstin, Livan, Yəmən və İraqdakı müqavimət qruplarına dəstək məqsədilə həyata keçirildiyini açıqlayıb.

Bu qrup həmçinin İraq, Yəmən, Livan və Bəhreyndəki müqavimət qruplarına sənədləri təqdim edəcəyini açıqlayıb.

7 oktyabr 2023-cü ildə Fələstin müqavimət qrupları Qəzzadan (Fələstinin cənubu) İsrail rejiminin mövqelərinə qarşı “Əl-Əqsa Tufanı” adlı gözlənilməz əməliyyata başladı.

24 noyabr 2023-cü ildə İsrail və HƏMAS arasında dörd günlük müvəqqəti atəşkəs və ya HƏMAS ilə İsrail arasında əsir mübadiləsi ilə döyüşlərə fasilə verildi.

Nəhayət, 2023-cü il dekabrın 1-i, cümə günü səhər saatlarında müvəqqəti atəşkəs başa çatdı və sionist rejim Qəzzəyə hücumlarını bərpa etdi. Bu rejim “Əqsa tufanı”nın qəfil hücumlarına cavab vermək və məğlubiyyətini kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının bütün keçidlərini bağlayıb və bu ərazini bombalayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − 5 =