ABŞ hava yolu ilə Qəzzaya yeni humanitar yardım çatdırıb

ABŞ hava yolu ilə Qəzzaya yeni humanitar yardım çatdırıb

ABŞ Qəzza zolağının şimalına humanitar yardımın daha bir hissəsini çatdırmaq üçün əməliyyat keçirib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığı davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə mühüm dəstək göstərmək üçün Qəzza zolağının şimalına humanitar yardım göndərib”, – komandanlığın “X”dəki səhifəsində bildirilir.

Qeyd olunur ki, Amerika təyyarələri 46 mindən çox ərzaq bağlaması atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 14 =