ABŞ ilə Hindistanın 19-cu hərbi təlimi başlayıb

ABŞ ilə Hindistanın 19-cu hərbi təlimi başlayıb

Alyaska ştatında ABŞ ilə Hindistanın 19-cu hərbi təlimi başlayıb.

“Report” xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər sentyabrın 25-dən oktyabrın 8-dək davam edəcək. Təlimə Hindistan tərəfdən “Marath” alayının şəxsi heyətinin 350 hərbçisi qatılıb. ABŞ-nin isə 24-cü piyada polkunun birinci briqadasının birinci taboru iştirak edir.

Məlumata görə, BMT-nin mandatına uyğun olaraq təlim cədvəlinə sülhməramlılıq, sülhün mühafizəsi ilə bağlı bütün əməliyyatlar, həmçinin humanitar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması əməliyyatları da daxil ediləcək. Hər iki ölkənin qoşunları təbii fəlakət zamanı sürətli və koordinasiyalı yardım əməliyyatları keçirməyi məşq edəcək.

2022-ci ildə ABŞ və Hindistan Uttarakhand əyalətinin şimalında, Çinlə sərhəddən yüz kilometr aralıda yerləşən Auli kəndi ərazisində “Yudh Abhyas” hərbi təlimlər keçirib. O zaman təlimdə Hindistan ordusunun “Assam” alayının əsgərləri və ABŞ ordusunun 11-ci hava-desant diviziyasının əsgərləri iştirak ediblər. Həmçinin ötənilki təlimlərə Hindistan ordusunda xidmətdə olan “Mi-17V5” hərbi-nəqliyyat helikopterləri, pilotsuz uçuş əleyhinə sistemlər və digər müasir silahlar cəlb olunub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 8 =