ABŞ ilə Qətər arasında gizli hərbi anlaşma daha 10 il uzadıldı

ABŞ ilə Qətər arasında gizli hərbi anlaşma daha 10 il uzadıldı

ABŞ və Qətər Amerika hərbçilərinin Yaxın Şərqdəki ən böyük Əl-Udeyd aviabazasında yerləşdirilməsi ilə bağlı razılaşmanı gizli şəkildə daha on il uzadıb.

Musavat.com xəbər verir ki, bu barədə CNN rəsmiləri məlumat verib.

Üç amerikalı hərbi məmura və başqa bir məlumatlı mənbəyə istinadla telekanalın internet saytındakı nəşrdə deyilir:

“Birləşmiş Ştatlar gizli şəkildə Qətərdəki əsas bazada hərbi mövcudluğunu daha on il müddətinə uzadacaq razılaşma əldə edib”.

Telekanalın məlumatına görə, söhbət Dohanın cənub-qərbindəki səhrada yerləşən Əl-Udeyd aviabazasından gedir – ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası, burada 10 mindən çox ABŞ əsgəri yerləşdirilə bilər. 2023-cü ilin dekabrında ABŞ-ın müdafiə naziri Lloyd Ostin bazaya baş çəkib və Qətər hakimiyyətinə ona olan xərcləri artırdığına görə təşəkkür edib, lakin müqavilənin uzadılması ilə bağlı heç bir açıqlama verməyib.

Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin Yəmən husi üsyançılarının ticarət gəmilərinə hücumları fonunda Qırmızı dəniz və Ədən körfəzini qorumaq üçün çoxmillətli Rifahın Mühafizəsi əməliyyatına başladığını elan edib. Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-ın rəhbərlik etdiyi əməliyyata 20-dən çox ölkənin qoşulduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + nine =