ABŞ-ın Eynul-Əsəd bazasına 10 raket dəyib

ABŞ-ın Eynul-Əsəd bazasına 10 raket dəyib

Bir xəbər kanalı bu gün İraqdakı Amerika hərbi bazasına edilən hücumlara toxunaraq yazıb: İraq İslami Müqavimətinin Ərbildəki Eynul-Əsəd hərbi bazasına hücumundan sonra bu bazaya 10-dan çox ağır raket zərbəsi endirilib.

İRNA-nın şənbə günü verdiyi xəbərə görə, Əl-Məyadin xəbər kanalı öz mənbələrinə istinadən Eynul-Əsəd bazasına hücum barədə məlumat verib: İlkin qiymətləndirmələrə görə, Eynul-Əsəd bazası bir neçə yoistiqamətdən ağır raketlərlə hədəfə alınıb.

Ən azı 10 raket Eynul-Əsəd bazası və Amerika qüvvələrinin yerləşdiyi əraziyə düşüb və bir neçə raket zərərsizləşdirilib.

Mənbələr həmçinin bildiriblər ki, bu hücum və nəticədə baş verən partlayışlar Əl-Əqsa tufanı əməliyyatı başlayandan bəri Amerika bazalarına edilən ən şiddətli hücumdur.

Bununla bağlı “Reuters” xəbər agentliyi amerikalı rəsmiyə istinadən Amerika qüvvələrinin yerləşdiyi Eynul-Əsəd bazasına bugünkü hücumda ballistik raketdən istifadə edildiyini iddia edib.

Bu Amerika rəsmisi bu hücumda ölkəsinin bir neçə əsgərinin yaralandığını etiraf edib.

Bu bəyanatlar İraqın İslam müqaviməti bu gün axşam saatlarında İraqın qərbindəki Amerikanın Eynul-Əsəd bazasını hədəf almasından sonra verilib.

Ötən günlərdə ABŞ-ın İraq və Suriyadakı hərbi bazaları bir neçə dəfə pilotsuz təyyarələr və raket hücumları ilə hədəfə alınıb.

İsrail rejiminin Qəzza başda olmaq üzrə məzlum Fələstin xalqına qarşı cinayətləri və vəhşi hücumları və Vaşinqtonun bu hücumlara dəstək verməsinin ardınca İraqın İslami müqaviməti ABŞ-a bu ölkənin bölgədəki bazalarını hədəf alacağı barədə xəbərdarlıq etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − eight =