ABŞ-ın keçmiş səfiri casusluq ittihamı ilə saxlanıldı

ABŞ-ın keçmiş səfiri casusluq ittihamı ilə saxlanıldı

Federal Təhqiqatlar Bürosu (FTB) Amerikanın Boliviyadakı keçmiş səfiri Manuel Roçanı Kuba hökuməti üçün casusluq ittihamı ilə saxlayıb.

73 yaşlı Manuel Roça FTB-nin uzun sürən əks-kəşfiyyat araşdırması nəticəsində Mayamidə (Florida) saxlanılıb. Roça Kuba hökumətinin maraqlarını təbliğ etməkdə ittiham olunur.

Məhkəmə iclası dekabrın 4-də olacaq. Roçanın işi ilə bağlı daha çox məlumatın həmin gün ortaya çıxacağı gözlənilir.

Manuel Roça 25 il ABŞ-ı diplomatik arenada təmsil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + one =