ABŞ-ın nüvə silahının Niderlandda yerləşdirilməsinə qarşı çıxan 15 nəfər saxlanılıb

ABŞ-ın nüvə silahının Niderlandda yerləşdirilməsinə qarşı çıxan 15 nəfər saxlanılıb

Niderland polisi “Volkel” aviabazasında ABŞ-ın nüvə silahının yerləşdirilməsinə qarşı çıxan 15 nəfəri saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Omroep Brabant” telekanalı məlumat yayıb.

Bildirilib ki, aviabaza yaxınlığında düşərgə salan etirazçılar onun ərazisinə qanunsuz daxil olmaq üçün bellərlə hasarın altından yeraltı yol qazmağa cəhd ediblər. Özü də ABŞ-ın Niderlandda nüvə silahlarının yerləşdirilməsi və aviasiya tullantılarının atmosferə atılmasına qarşı çıxan etirazçılar bu niyyətlərini əvvəlcədən sosial şəbəkələrdə açıqlayıblar.

Hərbi polis aksiyanı dərhal dayandıraraq 15 nəfəri saxlayıb. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin bildirdiyinə görə, etirazlara icazə verilir, qazmalara isə icazə verilmir.

“Saxlanılmalar dinc şəkildə həyata keçirilib”, – hərbi polisdən əlavə ediblər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =