ABŞ-ın Suriyadakı bazası hücuma məruz qalıb

ABŞ-ın Suriyadakı bazası hücuma məruz qalıb

“İraqın İslami Müqaviməti” silahlı təşkilatının nümayəndələri ABŞ-ın Suriyadakı “Ət-Tanf” bazasına hücum etdiyini açıqlayıb.

“Report”un məlumatına görə, bu barədə TASS hərəkatın sosial şəbəkələrinə istinadən xəbər verir.

Açıqlamaya görə, ABŞ-ın Suriyadakı hədəflərinə hücum İsrailin Qəzza zolağındakı hərəkətlərinə cavab, eləcə də Amerikanın İraq və Yaxın Şərqin ətraf bölgələrində işğalına qarşı ümumi səylərin bir hissəsidir.

Hansı zərbənin vurulduğu məlum deyil. “Ət-Tanf” bazası Suriyanın cənub-şərqindəki eyniadlı qaçqın düşərgəsindədir – Amerika hərbçiləri BMT-nin mandatı və Suriyanın beynəlxalq səviyyədə tanınmış hakimiyyət orqanlarının dəvəti olmadan, qeyri-qanuni olaraq Ərəb Respublikasının ərazisində yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =