ABŞ-ın xərçəng xəstəliyindən əməliyyat olunan müdafiə nazirinin son durumu açıqlanıb

ABŞ-ın xərçəng xəstəliyindən əməliyyat olunan müdafiə nazirinin son durumu açıqlanıb

ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadadır, vəziyyəti yaxşıdır.

Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

O, əlavə edib ki, Ostinin mümkün evə buraxılması barədə məlumatı yoxdur.

Rayder vurğulayıb ki, Ostinin “əsas şəxsi heyətlə əlaqə saxlayır, əsas təhlükəsiz kommunikasiya imkanlarına tam çıxışı var və Müdafiə Nazirliyinin bütün dünyada gündəlik əməliyyatlarını izləməyə davam edir”.

Beləliklə, onun sözlərinə görə, nazirliyin rəhbəri “ABŞ hərbçilərinin dünən gecə Yəmənin husilərin nəzarətində olan ərazilərindəki hərbi obyektlərə çoxmillətli zərbələr endirməsində iştirakının monitorinqində və istiqamətləndirilməsində fəal iştirak edib”. Nazir Prezident Cozef Baydenin göstərişi ilə, “ABŞ Mərkəzi Komandanlığına zərbələr əmrini verib və təhlükəsiz rabitə imkanlarının tam dəstindən istifadə edərək real vaxt rejimində əməliyyatı izləyib”.

Pentaqonun sözçüsü qeyd edib ki, Ostin Nümayəndələr Palatasının və Senatın Silahlı Qüvvələr Komitələrinin nümayəndələri ilə də telefon danışıqları aparıb.

Qeyd edək ki, Pentaqon rəhbəri prostat xərçəngi xəstəliyindən müalicə olunur. 2023-cü ilin dekabrında mütəxəssislər ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoyublar, o, əməliyyat olunub, yanvarın əvvəlində Pentaqon rəhbəri səhhətində ağırlaşmalara görə xəstəxanaya yerləşdirilib. 2023-cü il dekabrın əvvəlində keçirilən müntəzəm müayinə zamanı Ostinə “müalicə tələb edən prostat xərçəngi” diaqnozu qoyulub. Bununla əlaqədar dekabrın 22-də o, “minimal invaziv” cərrahi əməliyyat (prostatektomiya) keçirib. Mərkəzdən bildirilib ki, o, bu prosedur zamanı ümumi anesteziya altında olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − two =