ABŞ İran Müdafiə Nazirliyinə bağlı şirkətləri sanksiya siyahısına saldı

ABŞ İran Müdafiə Nazirliyinə bağlı şirkətləri sanksiya siyahısına saldı

ABŞ İran Müdafiə Nazirliyi və onun silahlı qüvvələrinin maraqları naminə Çinə yük daşıyan iki şirkətə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi bəyanatında məlumat açıqlanıb.

Sənədə görə, söhbət Honq-Konqda qeydiyyatdan keçmiş “Kohana” və Marşal adalarında qeydiyyatdan keçmiş “Iridescent” şirkətlərindən gedir. Birincisi “Kohana” gəmisinin sahibi, ikincisi isə onun operatorudur. Amerika tərəfinin bildirdiyinə görə, gəmi İrandan Çinə 100 milyon dollar dəyərində yük çatdırıb. Bundan əldə olunan gəlir isə İranın Müdafiə Nazirliyinə çatıb. Bəyanatda həmçinin qeyd edilir ki, İran Müdafiə Nazirliyi ilə əlaqəli strukturlar Rusiyaya, ABŞ və onun müttəfiqlərinə qarşı fəaliyyət göstərən qruplara silah verir.

Bundan başqa, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) “Əl-Qüds” xüsusi təyinatlılarının komandirinin müavini Məhəmməd Rza Fəllahzadə də ABŞ-ın sanksiyalar siyahısına daxil edilib. Bəyanata görə, Qüds Qüvvələri Yəmənin üsyançı hərəkatı Ənsar Allah (Husi) tərəfdarlarını qabaqcıl silahlar və kəşfiyyat məlumatları ilə təmin edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 8 =