ABŞ İranla əsir mübadiləsi çərçivəsində 6 milyard dolların transferini təsdiqləyib

ABŞ İranla əsir mübadiləsi çərçivəsində 6 milyard dolların transferini təsdiqləyib

ABŞ İranla əsir mübadiləsini həyata keçirmək məqsədilə 6 milyard dollarlıq İran vəsaitlərini Cənubi Koreyadan Qətərə köçürülməsinə icazə vermək üçün sanksiyaları dayandırıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters”ə əldə olunan sənədlərdən bəlli olub.

İran tərəfindən saxlanılan 5 ABŞ vətəndaşının vəsaitlərin köçürülməsi və ABŞ-də saxlanılan 5 iranlının azadlığa buraxılması müqabilində ölkəni tərk etməsinə icazə verildiyi ABŞ-İran razılaşmasının əsas müddəaları avqustun 10-da ictimailəşdirilib.

Dövlət Departamentinin sənədinə görə, dövlət katibi Entoni Blinken sanksiyalardan imtinanın ABŞ-nin milli təhlükəsizlik maraqlarına cavab verdiyi qənaətinə gəlib.

ABŞ Konqresinin komitələrinə göndərilən sənəd ABŞ hökumətinin beş amerikalının azadlığının təmin edilməsinə dair razılaşmanın bir hissəsi olaraq Birləşmiş Ştatlarda saxlanılan beş iranlını azadlığa buraxılmasını rəsmi şəkildə ilk dəfə etiraf etməsi ilə əlamətdardır.

“Onların azad edilməsini asanlaşdırmaq üçün Birləşmiş Ştatlar hazırda ABŞ-də saxlanılan beş İran vətəndaşını azad etməyi və [Koreya Respublikasında] məhdudiyyət qoyulmuş hesablarda saxlanılan İranın təxminən 6 milyard dollar vəsaitinin Qətərdəki məhdudiyyət qoyulmuş hesablara köçürülməsinə icazə verməyi öhdəsinə götürüb ki, burada vəsaitlər yalnız humanitar ticarət üçün əlçatan olacaq”.

Sənəddə deyilir ki, vəsaitlərin köçürülməsi Tehrana yalnız “məhdud fayda” verəcək, çünki vəsait yalnız humanitar ticarət üçün istifadə edilə bilər.

“Bu vəsaitlərin [Koreya Respublikasında] saxlanılan məhdudiyyət qoyulmuş İran hesablarından Qətərdəki hesablara humanitar ticarət üçün köçürülməsinə icazə verilməsi ABŞ vətəndaşlarının azad edilməsini asanlaşdırmaq üçün vacibdir”, – sənəddə qeyd olunub.

Danışıqlarla tanış olan səkkiz iranlı və digər mənbənin bildirdiyinə görə, 6 milyard dolların köçürülməsi və məhbusların mübadiləsi gələn həftə baş tuta bilər.

Sanksiyaların dayandırılması Almaniya, İrlandiya, Qətər, Cənubi Koreya və İsveçrənin əsas yurisdiksiyasına daxil olan bəzi maliyyə institutlarına şamil edilir. Onlar ABŞ-nin sanksiyaları altında İran Milli Neft Şirkəti, İran Mərkəzi Bankı və digər İran maliyyə qurumları ilə əməliyyatlarda iştirak edə biləcəklər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 9 =