ABŞ İraqdan hərbi qüvvələrinə hücumu dayandırmasını istəyib

ABŞ İraqdan hərbi qüvvələrinə hücumu dayandırmasını istəyib

ABŞ müdafiə naziri İraqın baş naziri ilə telefon danışığında ölkəsində olan amerikalı hərbçilərə hücumların dayandırılmasını istəyib.

Təsnim İnformsiya Agentliyinin məlumatına əsasən Llyod Austin Məhəmməd Şiya Əl Sudani ilə telefon söhbətində İraqda yerləşən amerikalı hərbi qüvvələri və düşərgələrə hücumları pisləyərək rəsmi Bağdaddan bu hücumların dayandırılmasını istəyib. A

Məlumata görə ABŞ müdafiə naziri hücumların davam etdiyi təqdirdə Vaşinqton qüvvələrinin də özünü müdafiə edəcəyini vurğulayaraq bu zərbələrin məsuliyyətinin Əl Nücəba və Kətaibu Hizbullah üzərinə düşdüyünü iddia edib.

Xatırladaq ki, İraq və Yəmənin müqavimət qrupları sionist İsrail rejiminin Qəzzədə müharibəni dayandırmadığı zamandək Tel Əvivə dəstəkçilər əleyhinə hücumlara davam etdirəcəklərini elan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =