ABŞ kəşfiyyatı: Husilər İrandan daha çox silah almaq istəyirlər

ABŞ kəşfiyyatı: Husilər İrandan daha çox silah almaq istəyirlər

Yəmən husiləri Qırmızı dənizdə yük gəmilərinə raket hücumları üçün İrandan əlavə silah almaq istəyirlər.

“Politico”ya istinadən verdiyi məlumata görə, bu, ABŞ kəşfiyyatının ehtimalıdır.

ABŞ mediasının məlumatına görə, yanvar ayında ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələri husilərin İran istehsalı olan raketlərin komponentlərini daşıdığı kiçik gəmini ələ keçirib. Bu əməliyyat zamanı Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus 2 “dəniz pişiyi” itkin düşüb.

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşavirinin müavini Con Fayner ABC News telekanalına müsahibəsində deyib ki, Yəməni bombalamaqla Vaşinqton husiləri zəiflətməyə çalışır. Eyni zamanda, ABŞ İran tərəfindən husilərə ötürülən müasir silah anbarlarını sıradan çıxarmağa çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 14 =