ABŞ Konqresi Rusiya aktivlərinin Ukraynaya verilməsi qanununu qəbul etdi

ABŞ Konqresi Rusiya aktivlərinin Ukraynaya verilməsi qanununu qəbul etdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardım məqsədilə istifadəsini nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib.

sənəddə deyilir:

“Dövlət katibinə Rusiya Federasiyası Mərkəzi Bankından müsadirə edilmiş aktivlərdən və Rusiya Federasiyasının digər suveren aktivlərindən istifadə etməklə, Ukraynaya əlavə yardım göstərmək, habelə digər məqsədlər üçün icazə vermək səlahiyyəti tanınır.

Bu qanun qəbul edildiyi təqdirdə dövlət katibi ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə birlikdə qanunun qüvvəyə minməsindən sonra 180 gün ərzində Konqresin müvafiq komitələrinə “Ukraynaya yenidənqurma, təhlükəsizlik və humanitar yardım üçün ən aktual ehtiyacların qiymətləndirilməsini” təqdim etməlidir”.

Sənəddə qeyd olunur ki, müsadirə olunan vəsaitlər Ukraynaya Dəstək Fondunda toplanır və “zərurət yaranarsa, müsadirə edilmiş Rusiyanın suveren aktivlərindən əldə edilən mülkiyyət və gəlirlər (…) ABŞ hökumətinə verilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + nine =