ABŞ Konqresi yeganə fələstinli üzvünə töhmət verdi

ABŞ Konqresi yeganə fələstinli üzvünə töhmət verdi

ABŞ Konqresinin Nümayəndələr Palatası yeganə fələstinli-amerikalı üzvünü İsrailin Qəzzədə cinayətlərini pislədiyi üçün töhmətlə cəzalandırıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Konqresin Nümayəndələr Palatası öz demokrat üzvü Rəşidə Tlaibə 234 lehinə, 188 əleyhinə səslə töhmət verilməsinə qərar verib.

Konqres Rəşidə Tlaibin X sosial media hesabında “Dənizdən çaya qədər Fələstin azadlığı” ifadəsinə görə cəzalandırılması tələb olunub. Onun bu ifadəsi yəfudilərə görə ksenofobiya xarakteri daşıdığı, sionist rejimin məhvini istədiyi kimi qələmə verilib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokrat üzvü Rəşidə Tlaib şənbə günü deyib: Co Bayden Qəzza müharibəsində fələstinlilərə qarşı “soyqırımı” dəstəkləyib və amerikalılar 2024-cü il seçkilərində bu məsələni unutmayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =