ABŞ Mərkəzi Komandanlığının komandanı İsraildə səfərdədir

ABŞ Mərkəzi Komandanlığının komandanı İsraildə səfərdədir

ABŞ Mərkəzi Komandanlığının komandanı general Maykl Kurilla bu gün səhər İsrailə səfər edib.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, ABŞ Mərkəzi Komandanlığının komandanını İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halev qarşılayıb.

“Səfər çərçivəsində generalın Baş Qərargah rəisi ilə görüşü və müdafiə naziri Yoav Qalant ilə vəziyyəti qiymətləndirməsi gözlənilir. Səfər müharibə zamanı iki xalqın, xüsusən də IDF və ABŞ Silahlı Qüvvələri arasındakı güclü bağın təzahürüdür”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − eleven =