ABŞ-nin İraqdakı hərbi bazasına yenidən PUA hücumu oldu
Pilotsuz uçuş aparatı (PUA) İraqın şimalında yerləşən “Əl-Harir” hərbi bazasına zərbə endirib.
Trend xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin və beynəlxalq qüvvələrin yerləşdiyi bazaya dəyən zərər və itkilər barədə məlumat yoxdur.
Hücumun məsuliyyətini üzərinə götürən “İraq İslam Müqaviməti” təşkilatının nümayəndəsi bunun Qəzzada baş verənlərə cavab olaraq həyata keçirildiyini söyləyib.
Qeyd edək ki, həmin hərbi baza, bundan öncə noyabrın 9-da və 11-də də hücuma məruz qalıb. Bir müddət əvvələ Pentaqonun yüksək vəzifəli nümayəndəsi oktyabrın 17-dən noyabrın 7-dək PUA və raketlərdən istifadə olunmaqla ABŞ və beynəlxalq koalisiyanın İraqdakı bazalarının 22 dəfə, Suriyadakı bazalarının isə 18 dəfə hücuma məruz qaldığını bildirib.