ABŞ növbəti dəfə Yəmənə zərbə endirib
![ABŞ növbəti dəfə Yəmənə zərbə endirib](https://sizinyol.org/wp-content/uploads/2024/03/65f64b1e70d0065f64b1e70d01171063990265f64b1e70cfc65f64b1e70cfe.jpg)
ABŞ ordusu Yəmən ərazisinə növbəti dəfə zərbə endirib, hücumun hədəfi pilotsuz uçuş aparatları olub.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Martın 16-da saat 21:00-dan 22:30-a qədər “CENTCOM” Yəmənin Husilərin nəzarətində olan bölgələrində 5 dron və bir PUA məhv edib”, deyə məlumatda deyilir.
Bildirilir ki, sözügedən dronlar və PUA bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün təhlükə yaradıb.