ABŞ Nümayəndələr Palatası Baydenin impiçment ilə bağlı qətnaməni dəstəkləyib

ABŞ Nümayəndələr Palatası Baydenin impiçment ilə bağlı qətnaməni dəstəkləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Co Baydenin impiçmenti ilə bağlı əlavə təhqiqat aparılmasını tələb edən qətnaməni təsdiqləyib.

Bu barədə səsvermə ABŞ-nin qanunverici orqanının rəsmi saytında yayımlanıb.

Nümayəndələr Palatasının Respublikaçılar Qrupu tərəfindən təqdim edilən qətnamə Palatanın Nəzarət və Hesabatlılıq, Gəlir və Xərclər və Məhkəmə komitələrini Amerikanın hazırkı Prezidentinə impiçment elan etmək üçün kifayət qədər əsasların olub-olmaması ilə bağlı araşdırmalarını davam etdirməyə istiqamətləndirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =